Azərbaycan batutçuları Dünya Kubokunda gümüş medal qazandılar - FOTO

Azərbaycan batutçuları Dünya Kubokunda gümüş medal qazandılar - FOTO
15:22 19 Fevral 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan gimnastları Svetlana Makştarova və Veronika Zemlyanaya Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun gümüş medalına sahib olublar.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, onlar batut gimnastika üzrə sinxron proqramda 46.350 balla ikinci yeri tutublar.

Qızıl medala belaruslu cütlük Anna Qorçenok və Tatyana Petrenya (49.400 bal), bürünc medala isə Portuqaliya təmsilçiləri Beatris Martins və Silviya Sayote (45.050) yiyələniblər.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun finalları keçirilir. Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edir.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR