Rusiyalı gimnast: "Hər şey, sadəcə, möhtəşəm idi"

Rusiyalı gimnast: "Hər şey, sadəcə, möhtəşəm idi"
15:27 19 Fevral 2017
119 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku mənim üçün çox uğurlu oldu.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Dünya Kubokunun qalibi Anna Korobeynikova deyib.

Rusiyalı gimnast medal qazandığına görə çox sevindiyini bildirib: "Bu yarış ilin ilk startıdır və şadam ki, mənim üçün uğurlu oldu. Təşkilatçılığın da yüksək səviyyədə olduğunu qeyd etmək istərdim. Hər şey, sadəcə, möhtəşəm idi".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun finalları keçirilir. Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR