Rüşvət videosu yayılan xanım direktor danışdı - VİDEO

Rüşvət videosu yayılan xanım direktor danışdı - VİDEO
15:43 19 Fevral 2017
466 Ölkə
Ölkə mətbuatı
A- A+

"Üç gündür ki, Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunmuşdum. Amma məsləhət belə oldu ki, işə çıxmayım. İndi oturub gözləyirəm".

Bu sözləri Gununsesi.info-ya açıqlamasında barəsində rüşvət və korrupsiya ittihaml ilə cinayət təqibi aparılan Gəncə Musiqi Kollecinin sabiq direktoru (Üç gün əvvəl Gəncə Dövlət Filarmoniyasına direktor təyinatı alıb - red.) Gülçin Mirzəyeva söyləyib.

Qeyd edək ki, barəsində xeyli zamandır ki, cinayət işi açılmasına baxmayaraq, üç gün əvvəl o, Gəncə Dövlət Filarmoniyasına rəhbər təyin edilib. Məhz bu təyinatın açıqlanmasından bir neçə saat sonra Baş Prokurorluq Gülçin Mirzəyeva barəsində rüşvət və korrupsiya ittihamlarını əks etdirən sensasion açıqlama və video görüntülər yayıb.

Gülçin Mirzəyeva bildrib ki, barəsindəki cinayət işi ilə bağlı araşdırma başa çatmadığından danışmaq istəmir: “Bu barədə yəqin ki, açıqlama olacaq. Ona görə də mən bir şey söyləyə bilməyəcəm”.

Gülçin Mirzəyeva onu da bildirib ki, 17 fevral 2017-ci il tarixində yeni təyinat aldığı filarmoniyanın kollektivinə təqdimatı gözlənilsə də, bu, bəlli səbəbdən baş tutmayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/188460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR