"Azərbaycanda gimnastikanın inkişafına böyük diqqət göstərilir"

"Azərbaycanda gimnastikanın inkişafına böyük diqqət göstərilir"
15:52 19 Fevral 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

Ölkəmizdə bu cür yarışların keçirilməsi hər şeydən öncə uşaqları idmana həvəsləndirir, onları belə böyük yarışların keçirildiyi mühitə öyrəşdirir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun yarışlarını izləməyə gəlmiş gimnastika azarkeşi Pərviz Səmədov deyib.

O qeyd edib ki, Azərbaycanda gimnastikanın inkişafına böyük diqqət göstərilir: "Mənim oğlum Polad Səmədzadə də gimnastika ilə məşğul olur və bir valideyin kimi çox sevinirəm ki, ölkəmizdə gimnastika ilə məşğul olmaq üçün övladlarımıza bu cür şərait yaradılıb. Belə şəraitdə uşaqlarımız idmana daha böyük həvəs göstərirlər. Bu yarışlardakı tamaşaçı izdihamı insanlar arasında da gimnastikaya böyük maraq olduğunu göstərir. Tamaşaçılar çox böyük həvəslə və alqışlarla yarşları izləyirlər".

Polad Səmədzadə isə belə yarışlar olanda çox sevindiyini deyib: "Həmişə valideynlərimdən məni də belə yarışlara gətirmələrini xahiş edirəm. Biz burada çoxlu yeni idmançılar görürük, onların hərəkətlərinə baxırıq və bu bizi çox həvəsləndirir. Mən də belə yarışlarda iştirak etmək istəyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR