"Qalmaqala ehtiyacım yoxdur, yetərincə qazancım var"

"Qalmaqala ehtiyacım yoxdur, yetərincə qazancım var"
15:57 19 Fevral 2017
176 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Elton Hüseynəliyev mart ayında konsert proqramı ilə çıxış edəcək.

Milli.Az xəbər verir ki, o, bu haqda musavat.com saytına açıqlamasında məlumat verib.

E.Hüseynəliyev bildirib ki, konsertin təşkilatçılığını Tolik üzərinə götürüb: "Könül Kərimova ilə duetimiz var, onu tezliklə oxuyub dinləyicilərə təqdim edəcəyik. Aparıcı Nanə Ağamalıyeva ilə ötən il duet oxumuşduq, amma təqdim etməmişdik. Onu bu il kliplə nümayiş etdirmək istəyirik. O, ilk ifaçılıq addımını mənimlə atdı. Beynəlxalq Muğam Mərkəzində 2 günlük konsertim olacaq. Mart ayı üçün nəzərdə tutmuşuq, amma gün təyin etməmişik. Təşkilatçı Tolik olacaq, yaxşı mahnılarımı oxuyacağam".

E.Hüseynəliyev küsülü olduğu həmkarları ilə barışmasından da söhbət açıb: "İlk olaraq əməkdar artist Röya Ayxan ilə barışdıq. Əslində, barışmışdıq, amma səmimi münasibətimiz yaranmamışdı. Qarşılaşanda hər şey düzəldi. İlk olaraq məni təbrik etdi, sonra mən ona yaxınlaşdım, şəkil çəkdirib, rəqs etdik. Daha sonra isə başqa məclisdə xalq artisti Brilliant Dadaşova ilə rastlaşdıq. İlk addımı mən atdım. Özüm yaxınlaşıb könlünü aldım. Bu hərəkətimi yaxşı qarşıladı və biz barışdıq. Bu il "sülh ili" olaraq başladı, küsülü olduğum həmkarım yoxdur. İnşallah bundan sonra da olmaz".

Sənətçi adının qalmaqallarda hallanmasına da münasibət bildirib: "Mənim reklam xətrinə kiməsə söz atmağa ehtiyacım yoxdur, yetərincə toyum və qazancım var. Amma bəzi hadisələr olur ki, onları efirdə deyə bilmirik. Ona görə də elə görünür ki, Elton kiməsə söz atdı. Amma bunun kökündə başqa şeylər olur. Biz incəsənət adamlarıyıq, məclisdə birinə soyuq münasibət göstərəndə artıq hamı bilir. Brilliant xanımın inciməsinə mən səbəb olmuşdum. Amma barışanda incik olduğunu hiss etmədim".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/519082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR