Qazaxıstan gimnastları Bakıda qızıl medal qazandılar

Qazaxıstan gimnastları Bakıda qızıl medal qazandılar
16:22 19 Fevral 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

Qazaxıstan gimnastları Pirməmməd Əliyev Daniil Musabəyov Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda sinxron çıxışlarda qızıl medal qazanıblar.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, qazax batutçular 51.400 bal toplayıblar. Rusiyalı cütlük Mixail Melnik və Oleq Selyutin 50.585 balla ikinci, yapon cütlük Katsufumi Tasaki və Tetsuya Sotomara isə üçüncü (50.700) olub.

Azərbaycan gimnastları İlya Qrişunin və Oleq Piunov finalda 48.450 bal yığaraq mükafatçılar sırasına düşə bilməyiblər.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun finalları keçirilir. Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR