Yurgen Klopp "Barselona"nın baş məşqçisi ola bilər

Yurgen Klopp "Barselona"nın baş məşqçisi ola bilər
16:22 19 Fevral 2017
135 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ İngiltərənin "Liverpul" futbol klubunun alman baş məşqçisi Yurgen Klopp komandanı tərk edə bilər.
"Report" xəbər verir ki, mütəxəssisin xidmətlərində İspaniyanın "Barselona" klubu maraqlıdır.
KİV-in məlumatına görə, Kataloniya klubunun rəhbərliyi 49 yaşlı mütəxəssisi hazırkı baş məşqçi Luis Enrikenin yerinə dəvət etmək istəyir. Müqavilənin məbləği barədə məlumat verilmir. Onunla yanaşı "Everton"a rəhbərlik edən Ronald Kuman da sözügedən posta iddialıdır.
Alman mütəxəssis "Liverpul"a 2015-ci ildə gəlib. O, komanda ilə Avropa Liqası və İngiltərə Liqa Kubokunun finalçısı olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/yurgen-klopp-barselona-nin-bas-mesqcisi-ola-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR