Azərbaycan batutçuları: "Gümüş medal məşqçimizə hədiyyədir"

Azərbaycan batutçuları: "Gümüş medal məşqçimizə hədiyyədir"
16:42 19 Fevral 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Gümüş medal məşqçimizə hədiyyədir.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Azərbaycan batutçuları Svetlana MakştarovaVeronika Zemlyanaya deyib.

Gimnastlar qeyd ediblər ki, medal qazanacaqlarına ümid edirdilər, lakin belə yüksək nəticə göstərəcəklərini düşünmürdülər:

"Nəticələr açıqlananda qarışıq hisslər keçirdik - həm göz yaşları, həm də sevinc. Ötən gün elə də uğurlu çıxış etmədik, lakin məşqçimiz sağ olsun ki, bizi dəstəklədi. O, bu gün bizdən çox həyəcan keçirdi. Medalımız məşqçimizə hədiyyədir".

Onlar bu nəticədən sonra arxayınlaşmayacaqlarını bildiriblər:

"Düz bir aydan sonra Niderlandda turnirdə iştirak edəcəyik. Bir neçə gün istirahət edəcəyik, sonra məşqlərə davam edəcəyik".

Qeyd edək ki, fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında 15 ölkədən 85 gimnastın iştirakı ilə batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilib.

Azərbaycan gimnastları yarışları 3 medalla başa vurublar. Mixail Malkin tamblinq cığırında, Svetlana Makştarova və Veronika Zemlyanaya batut üzrə sinxron çıxışlarda, İlya Qrişunin isə batut üzrə fərdi proqramda gümüş medal qazanıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR