Pirlo "Yuventus"a qayıdır

Pirlo "Yuventus"a qayıdır
17:05 19 Fevral 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

Amerikanın "Nyu-York Siti" klubunun 37 yaşlı italiyalı yarımmüdafiəçisi Andrea Pirlo vətəninə qayıdacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, keçmiş komandası "Yuventus" ona klubun səfiri vəzifəsini təklif edib.

Bəzi məlumatlara görə, oyunçu MLS komandası ilə müqaviləsini uzatmayacaq. Pirlonun "Nyu-York Siti" ilə müqaviləsi cari ilin sonunda başa çatır. Ehtimal olunur ki, 2006-cı ilin dünya çempionu yeni işinə 2018-ci ilin yanvarında başlayacaq.

Yarımmüdafiəçi 2011-2015-ci illərdə Turin klubunun şərəfini qoruyub. O, "Qoca senyora"nın heyətində dördqat İtaliya çempionu olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR