"Ofutbolçunu kömək üçün bizə göndəriblər" - Tərlan Əhmədov

"Ofutbolçunu kömək üçün bizə göndəriblər" -   Tərlan Əhmədov
18:17 19 Fevral 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XIX turunda "Sumqayıt”la ev oyunundan sonra mətbuat konfransı keçirib.


Fanat.Az sportnet.az-a istinadən xəbər verir ki, mütəxəssis ilk olaraq 0:1 hesabı ilə uduzduqları matç haqda fikirlərini bildirib. 

 

- Futbolçularımdan razı qaldım, mübarizə apardıq. Cəmi 1 səhvə görə məğlub olduq. İmkanlarımız olsa da, qol vura bilmədik. Məğlubiyyətə səbəbkar futbolçular yox, mənəm. Bəxtimiz gətirmədi, təəssüflənirik. Bundan sonra qarşıdakı oyunlara hazırlaşmalıyıq. Yaxın günlərdə rəhbərliklə görüşümüz olacaq, bəzi məsələlərə aydınlıq gətirməliyik.

 

- Dediniz ki, komandanın məğlubiyyətinə günahkar özüməm. Günahınızı nədə görürsünüz?

- Görünür ki, komandanı oyuna yaxşı kökləyə bilməmişəm.


- Ad baxımından götürsək, AZAL bu heyətlə medallar uğrunda mübarizə apara bilər. Amma bu gün heyətinizdə olan təcrübəli futbolçular kobud səhvlər edirlər...

- Futbolda belə hallar olur. Dahi futbolçular da səhv edirlər. Rəşadı, Vaqifi və Ruslanı qınamaq istəmirəm. Əgər səhvlərdən danışırıqsa, gərək "Real”ın, "Barselona”nın oyunçularını assınlar.

 

- Komandaya cəlb olunan futbolçulardan razısınız?

- Vallah, nə deyim. Arkadi Qalıperin artıq komandamıza uyğunlaşıb. Eyni sözləri Sadio haqda da deyə bilərəm. Omeqa da yaxşı oynadı, çox soyuqqanlıdı. Madunun isə artıq çəkisi var, ümid edirəm ki, o da komandaya uyğunlaşacaq. 

 

- Bəs, Vaqif Cavadovun oyunu sizi qane edir? Ona bildirmisiniz ki, AZAL son dayanacaqdı?

- Mən heç kimə heç nə bildirmirəm. Vaqif düşdüyü vəziyyətdən özü çıxmalıdı. Deyə bilmərəm ki, AZAL Vaqifin son dayanacağıdı. Bəlkə bizim komandamızdan yaxşı komandaya transfer ediləcək. Mənim Vaqifə ümidim böyükdü.

 

- Maraqlıdı, pulu olmayan AZAL bu qədər legioneri necə transfer edir?

- Dostlar sağ olsun. Dostlar Mehdi Taoulini kömək məqsədi ilə komandamıza göndəriblər.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotofutbolcunu-komk-ucun-biz-gondriblrquot-t56384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR