Sabir Abasov bu futbolçunu "qara siyahı"ya saldı

Sabir Abasov bu futbolçunu "qara siyahı"ya saldı
18:27 19 Fevral 2017
132 İdman
Ölkə mətbuatı
A- A+

"Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 19-cu turunda AZAL-a evdə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.


Fanat.Az sportnet.az-a istinadən xəbər verir ki, mütəxəssis ilk olaraq qarşılaşma haqda fikirlərini bölüşüb. 

 

- Çətin oyun oldu. "Sumqayıt”ın adına oynadıq. Amma komandanın oyunundan razı deyiləm. Futbolçularımda uduzmamaq hissi olsa da, həyəcanlı idilər. Oyundan sonra futbolulara etirazımı bildirdim. AZAL-la oyunda xal itirsəydik, digər rəqiblərimiz bizə çatacaqdılar. Yenə deyirəm, oyundan razı qalmadım.

 

- İlk hissənin sonunda baş hakim Rəhim Həsənova etiraz edirdiniz. Bu, nə ilə bağlı idi?

- Rəhimə öz etirazımı bildirdim. İlk hissədə olan qayda pozuntusunun səbəbini öyrəndim. Rəhim də dedi ki, "etirazını oyundan sonra bildir” və məni "texniki zona"dan uzaqlaşdırdı.

 

- "Sumqayıt”da yarımmüdafiə xətti yoxdu. Düşünmürsünüz ki, Xəyal Nəcəfovun əvəzedici komandaya göndərilmək vaxtı çatıb?

- Bəli, razıyam ki, yarımmüdafiə xəttimizdə boşluq var. Xəyaldan soruşun, sizə eyni şeyi deyəcək. Artıq onun əvəzedici komandaya göndərilmək vaxtı çatıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-sabir-abasov-bu-futbolcunu-quotqara-siyahquotya-sald-t56385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR