Polşanın Bakıdakı konsulunun oğlu gimnastikanın pərəstişkarı oldu - FOTO

Polşanın Bakıdakı konsulunun oğlu gimnastikanın pərəstişkarı oldu - FOTO
18:37 19 Fevral 2017
161 İdman
Ölkə mətbuatı
A- A+

Oğlum Miron Bakıda gimnastikanın əsl pərəstişkarı oldu.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Polşanın Bakıdakı konsulu Silvestr Rudı deyib.

O qeyd edib: "Oğlum futbolun fanatıdır. "Bavariya" klubuna, xüsusən də Robert Levandovskiyə azarkeşlik edir. Lakin o, ilk dəfə gimnastika yarışlarına baxdı və çox xoşuna gəldi. Həm də polşalı idmançılar pis çıxış etmədilər. Şou-proqram və tərtibat çox xoşumuza gəldi, oğlum darıxmadı. Fikrimcə, gimnastlar üçün belə zal yalnız Bakıda var".

Miron isə deyib ki, hər şey çox maraqlı oldu, Polşa ilə yanaşı, Belarus idmançılarının çıxışları da çox xoşuna gəldi.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR