Yük və minik avtomobilləri toqquşdu, 2 nəfər öldü - YENİLƏNİB

Yük və minik avtomobilləri toqquşdu, 2 nəfər öldü - YENİLƏNİB
18:53 19 Fevral 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabadda baş verən ağır qəzada ölənlərin sayı 2 nəfərə çatıb.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Ələt-Astara yolunun 130 km-də, Qarəzəncir kəndi ərazisində "90 ZX 573" dövlət nömrə nişanlı yük maşını ilə BMV markalı "90 FX 557" markalı minik avtomobilinin toqquşması nəticəsində ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

İlkin məlumata görə, ölənlər "BMW"nin sürücüsü və sərnişinidir. Yük maşınının sürücüsü və yanındakı sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

****

Cəlilabadda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun 130 km-də Qarəzəncir kəndində qeydə alınıb.

"90 ZX 573" dövlət nömrəli nişanlı yük maşını ilə BMV markalı "90 FX 557" markalı minik avtomobili toqquşub . Nəticədə bir nəfər dünyasını dəyişib, iki nəfər ağır xəsarət alıb. Ölənin şəxsiyyəti hələki məlum deyil .

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/188479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR