Pul qazanmaq mövzulu 5 möhtəşəm film - FOTO

Pul qazanmaq mövzulu 5 möhtəşəm film - FOTO
19:05 19 Fevral 2017
127 Maraqlı
Ölkə mətbuatı
A- A+

Catch me if you can - Bacarsan məni tut

Özünü həkim, vəkil və pilot kimi aparıb saxta çeklərlə 2.8 milyon dollar sərvət qazanan 19 yaşlı bir gəncin hekayəsi...

Milli.Az bizplus.az-a istinadən bildirir ki, filmin baş rollarında Tom Hanks və Leonardo DiCaprio iştirak edir.

Margin Call - Oyunun sonu

İqtisadi böhranın baş verdiyi 2008-ci ildə səhmləri sürətlə düşməyə başlayan bir investisiya bankının cəmi 24 saatı var. Yaxşı, bəs bu 24 saat içində sizcə nələr dəyişə bilər?

Limitless - Limitsiz

Baş rollarında Bradley Cooper, Abbie Cornish və Robert De Niro 'nun oynadığı filminin ssenarisi Dark Fields romanından ilham alınaraq yazılıb. Yalnız bir dərmanla bütün həyatı bir anda dəyişən Eddie adlı yazarın həyatını əks etdirir. Bu dərman sayəsində çoxlu pula sahib olsa da bir zaman sonra heç bir iş görmədən sonsuz bir gücə sahib olmağın mümkün olmadığını öyrənir.

21 Blackjack

122 dəqiqə davam edən bu möhtəşəm film ABŞ istehsalıdır. MIT 'də oxuyan Ben Campbell, oxuduğu məktəbin kreditlərini ödəyə bilmək məqsədiylə qumara müraciət edir. Altı dostuyla birlikdə qumarda ixtisaslaşan Ben Las Vegasa yola düşür ancaq olduqca təhlükəli hadisələrin onları gözlədiklərindən xəbərləri yoxdur.

The Wolf of Wall Street - Wall Street canavarı

Leonardo DiCaprionun baş rolunda oynadığı möhtəşəm bir film. Varlı insanları aldadaraq sərvət sahibi olan Jordan Belfort, pul hərisliyi üzündən həyatını məhv edir. Film 180 dəqiqədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/519161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR