Zəlinin faydaları nələrdir?

Zəlinin faydaları nələrdir?
19:12 19 Fevral 2017
788 Ölkə
Ölkə mətbuatı
A- A+

Kiçik qan sızmaları dayandırır. Cərrahi əməliyyat nəticəsində bəzi yan təsirlər baş verir. Bəzi hallarda insanlar kiçik qan damarlarında meydana gələn qanaxmalarla rastlaşırlar. Zəli müalicəsi, əməliyyat sonrası sağlam toxumaları qorumasa da, yardımçı olur. Cərrahi əməliyyat nəticəsində yaranan qanı zəlilər sovurur. Zəlinin tüpürcəyi isə qan durulaşdırıcı kimi işləyib qan axınını dəstəkləyir.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, xərçənglə mübarizə aparır: Elm adamları zəli tüpürcəyində olan elementlərin xərçəngin dərmanı olduğunu bildirirlər. Bir araşdırmaya görə, zəli tüpürcəyində ağciyər xərçənginin yaranmasının qarşısını alan ghilanten maddəsi mövcuddur.
İnfeksiyalara qarşı mübarizə aparır: Hər il daha da artan yoluxucu xəstəliklər antibiotiklərin istehlakını artırır. Bu dərmanlar təsirli olsa da, müəyyən çatışmazlıqları ilə birlikdə gəlir. Bu halda, zəli müalicəsi yaranan problemləri həll edir. Zəlilər bakteriya növlərinin səbəb olduğu infeksiyaların qarşısını alır. Bu antibakteriyal təsirləri sayəsində insanları infeksiyalardan xilas edir.
Saç tökülməsinə qarşı təsirlidir: Zəli müalicəsi saçların töküldüyü yerlərə tətbiq olunanda zamanla artan qan dövranı səbəbindən saçların uzanmasına kömək edir. Qan dövranının artımı saç köklərini daha güclü edir.
 
Böyrək sağlamlığını dəstəkləyir: Stress, pis qidalanma və həddən artıq iş yükü böyrəkləri sağlamlıq baxımından olduqca zəiflədir. Zəli müalicəsi isə optimal səviyyədə orqanların fəaliyyətini inkişaf etdirmək üçün bədəni təmizləməyə köməkçi olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR