Şeytan hansı zamana qədər sağ qalacaq?

Şeytan hansı zamana qədər sağ qalacaq?
19:22 19 Fevral 2017
251 Ölkə
Ölkə mətbuatı
A- A+

Şeytan (lən) haqqında Quranda çox sayda məlumat vardır. Şeytanın bədbəxtliyi o zaman başlayır ki, təkəbbür ona qalib gəlir: "Allah buyurdu: "Sənə əmr etdiyim zaman, səcdə etməyinə nə mane oldu?". Dedi: "Mən ondan daha yaxşıyam, məni oddan, onu isə gildən yaratmısan. (Od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılmış şey, daha yaxşıdır)". ("Əraf" 12).
Bu gün təkəbbürün izlərinə çox rast gəlmək olur və bəzən möminlərin ətəyindən belə yapışır. Mömin deyir: "Mən ondan böyüyəm, ona görə də o, ilk mənə salam verməlidir". Və ya deyər ki, "mən məqam baxımından daha üstünəm və o, mən gələn zaman ayağa qalxmalıdır". Bəli, bu rəzil sifət şeytanın insanların nəfsinə atdığı zərərli bir mikrobdur ki, çox təəssüf möminlərə də sirayət etmiş və onların əməllərini zay etməkdədir. (Erfan)
Bəs şeytan nə zamana qədər sağ qalıb, insanları yolundan azdıracaqdır? Qurani-Kərim bu haqda buyurur:"Dedi: "Mənə onların (Adəmin və onun övladlarının qəbirlərindən) qaldırılacaqları günə qədər möhlət ver (həmin vaxta kimi məni öldürmə)". Buyurdu: "Həqiqətən, sən möhlət verilənlərdənsən"". ("Əraf" 14-15).
Lakin Qiyamətlə bağlı ayələrdə şeytanla bağlı məlumata rast gəlmirik.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran buyurur: "Sur (birinci dəfə) çalınacaq. Allahın istədiyi kəs (birinci ölümü dadan və Bərzəx aləmində olanlar) istisna olmaqla, göylərdə və yerdə olan hər bir kəs həlak olacaq (və bu sur ilə ölənlər də ora gedəcəklər). Sonra o, bir daha (ikinci dəfə) çalınacaq. Onda onların hamısı birdən ayağa qalxıb baxacaqlar (və həmin günün sahibinin əmrini gözləyəcəklər)". ("Zumər" 68).
Əllamə Təbatəbai bu ayə ilə bağlı buyurur: "Şeytanın işinin sonu Həzrət Məhdinin (ə.f) hökuməti bərpa olan zaman olacaqdır. Bəzi hədislərə görə şeytan Həzrətin (ə.f) əli ilə öldürüləcəkdir. Rəcət hədisinə əsasən, Əmirəl-mömininin (ə) ordusu ilə müharibədən sonra şeytan Kufəyə qaçacaqdır və Peyğəmbərin (s) əli ilə Beytul-müqəddəsdə öldürüləcəkdir".
Bəzi təfsirçilərin nəzərinə görə isə şeytan (lən) insanla birlikdə Qiyamətə qədər yaşayacaqdır. Bu haqda Əllamə Cavadi Amuli buyurur: "O zamana qədər ki, axırıncı insan vardır, o da vardır. Ona görə ki, axırıncı insanı da vəsvəsə etsin. Əgər insan şeytan tərəfindən vəsvəsə olmazsa, kamala çatmaz. İnsan o zaman kamala çatar ki, böyük cihad edər. O şey ki, insanı harama tərəf təşviq edir, bu İblisdir. Əks halda insan fitri olaraq halal ardınca gedəndir"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR