Bazarda TERROR: 35 nəfər öldü

Bazarda TERROR: 35 nəfər öldü
19:23 19 Fevral 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Somalinin paytaxtı Moqadişoda yerləşən bazarda partlayış baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 35 nəfər ölüb, 40-a yaxın adam yaralanıb.

Yerli şəhər dairəsinin başçısı Ahmed Afraksın sözlərinə görə, partlayışın səbəbi yük maşınında yerləşdirilmiş partlayıcı olub.

Ölənlər arasında azı 10 qadının və həmçinin, uşaqların olduğu bildirilir.

Qeyd edək ki, partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR