Somalidə terror: 35 ölü

Somalidə terror: 35 ölü
19:24 19 Fevral 2017
104 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Somalinin paytaxtı Moqadişoda törədilən partlayışda ən azı 35 nəfər ölüb, 40 nəfər yaralanıb.

 

APA-nın “Deutsche Presse” agentliyinə istinadən verdiyi məlumata görə, ölənlər arasında ən azı 10 qadın, o cümlədən uşaqlar var.

 

Şəhər dairəsinin rəhbəri Əhməd Afraks partlayışın bomba yüklü yük maşını ilə törədildiyini bildirib. Hələ ki, heç bir terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

 

Qeyd edək ki, Somalidə “Əl-Qaidə” terror təşkilatı ilə sıx əlaqədə olan “Aş-Şabab” radikal qruplaşması fəaliyyət göstərir. “Aş-Şabab” hökumətlə silahlı mübarizə aparır və BMT-nin humanitar fəaliyyətinə mane olur. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR