Subotiçin Qarayevlə boy söhbəti

Subotiçin Qarayevlə boy söhbəti
19:37 19 Fevral 2017
123 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" - "Qarabağ" matçının ikinci hissəsində maraqlı an yaşanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, epizod ev sahiblərinin hücumçusu Daniel Subotiçlə qonaqların yarımmüdafiəçisi Qara Qarayev arasında baş verib.
 
Belə ki, Subotiçlə mübarizə epizodunda Qarayev yerdə qalıb. Lakin baş hakim Fariz Yusifov qayda pozuntusunun olmadığını bildirərək, "Qəbələ"nin hücumunu davam etdirməsinə şərait yaradıb. Hücumun yekununda Cavid Hüseynovun təhlükəli zərbəsindən sonra top qapının yanından keçib.
 
Yerdən qalxan Qara Qarayev əvvəlcə referiyə, ardınca isə Subotiçə etirazını bildirib. Bu zaman ev sahiblərinin forvardı əl hərəkətləri ilə Qaraya boyları arasındakı fərqi göstərib və onun bu səbəbdən yıxıldığını izah etməyə çalışıb.
 
Subotiçin bu addımı stadiona toplaşan insanların gülüşünə səbəb olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR