Avtomobillərin də “qara qutu”su olacaq

Avtomobillərin də “qara qutu”su olacaq
19:47 19 Fevral 2017
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

Moskvadan olan proqram təminatı istehsalçıları avtomobillər üçün "qara qutu" layihəsini hazırlayıblar.

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, layihə Rusiyanın Kaluqa şəhərində Açıq İnnovasiya Stratap Turunda (Open Innovatiobs Startup Tour) təqdim edilib. Layihənin müəlliflərindən biri Vyaçeslav Pivovar bildirib ki, "avtomobil qara qutusu" universal yüksəkdəqiqli telematika materialıdır və onun silsilə istehsalına başlamaq planlaşdırılır: "Bu məhsul avtomobil sığortası bazarı iştirakçıları, avtomobillərin icarəyə götürlüməsi, avtodillerlər və lizinq şirkətləri, eləcə də kommersiya yükləri və sərnişin daşımaları üçün nəzərdə tutulub. Məhsul yol polisinin və sığorta şirkətlərinin işini asanlaşdırmağa hesablanıb". Yol-nəqliyyat hadisəsinin rəsmiləşdirilməsi, onun səbəblərinin araşdırılması və günahkarların müəyyən edilməsi zamanı təkcə hadisə iştirakçıları arasında deyil, həm də sığorta şirkətləri, yol polisi ilə də maraqlar münaqişəsi yaranır. Layihəni hazırlayanlar güman edirlər ki, bu vəziyyətdə "avtomobil qara qutusu" qəzanın necə baş verməsi mənzərəsini tam aydınlığı ilə ortaya çıxaracaq. Avtomobilin "göyərtəsində" yerləşdiriləcək "qara qutu" kənar müdaxilələrə və ağır zərbələrə qarşı tam qorunub və olduqca davamdlıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR