İraqın neft ehtiyatları artaraq 154 milyard barelə çatıb

İraqın neft ehtiyatları artaraq 154 milyard barelə çatıb
19:47 19 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ İraqın neft ehtiyatları əvvəlki qiymətləndirmədən sonra 11 milyard barel artaraq 154 mlrd. barelə çatıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu ölkənin neft naziri Cabir əl-Lyəibi deyib.
O əlavə edib ki, İraq OPEC-dən yeni məlumatların qeydə alınmasını xahiş edəcək.
Nazirin sözlərinə görə, ehtiyatların artması mərkəzi və cənubi İraqdakı yeddi neft yatağında aparılan qiymətləndirmə işinin nəticəsidir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/i-raqin-neft-ehtiyatlari-artaraq-154-milyard-barele-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR