Kövsər nemətinin şükrünü bütün müsəlmanlar etməlidir

Kövsər nemətinin şükrünü bütün müsəlmanlar etməlidir
20:12 19 Fevral 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Allah Təala "Kövsər" surəsində buyurur: "(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər əta etdik. (Çoxlu xeyir, sabit din, baqi kitab, sonsuz elm, Həzrət Fatimeyi-Zəhranın (s.ə) gündən-günə artıb çoxalan baqi nəslini, ümmətin alimlərini, Kövsər hovuzu və Cənnətdə çay əta etdik)". ("Kövsər" 1).
"Təfisiri-Nümunə" Fəxri Razinin dilindən yazır ki, deyib: "Bu surə o insanları rədd etmək üçün nazil olmuşdur ki, Peyğəmbərin (s) övladının olmamasını kiçik görürdülər. Ona görə də surənin mənası budur ki, Allah ona elə bir nəsil verəcəkdir ki, bütün zamanlar ərzində qalıcı olacaqdır. Bax gör, Əhli-Beytdən (ə) neçəsini şəhid ediblər, buna baxmayaraq, bütün aləm onların sünnəsi ilə dolubdur. Bu, o halda baş veribdir ki, Bəni-Üməyyədən heç biri dünyada qalıcı olmamışdır. Bax gör, onların arasında nə qədər alimlər vardır. İmam Baqir (ə), İmam Sadiq (ə), İmam Rza (ə) kimi".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allah Təala bu surənin sonrakı ayəsində buyurur: "Odur ki, (şükranlıq üçün) Rəbbinə itaət et və namaz qıl,(ona təkbir deyərək) əllərini boğazına qədər yuxarı qaldır (yaxud dəvə qurbanı kəs!)". Baxmayaraq ki, bu ayə Peyğəmbərə (s) xitab edir, onu övladına görə şükür etməyə, namaz qılmağa və ibadət etməyə dəvət edir, ancaq həqiqətdə bütün müsəlmanlara dərs vermək istəyir.
Çünki cahiliyyət dövründə qız övladlarına münasibət çox pis idi və onları diri-diri yerə basdırırdılar. Bu adət tövhidin olmamasına görə baş verirdi.
Hal-hazırkı dövrdə də qadın malik olmalı məqamını Qərb ölkələrində itirmişdir. Qadına ticarət vasitəsi kimi baxılır. Halbuki, İslam dini qadına azadlıq verib, onun dəyəri qaldırmışdır.
Əgər qadına tövhidi baxışla nəzər salsalar, ona insanlıq kəraməti ilə nəzər salmış olarlar. Nəinki öz məqsədinə çatmaq üçün təbliğat vasitəsi kimi.
Beləliklə deyə bilərik ki, Allah Təala "Kövsər" surəsini Həzrət Zəhranın (s.ə) şənində nazil etmişdir və Peyğəmbərə (s) əmr etmişdir ki, bu nemətə görə şükür etsin.  Ancaq bu nemətin şükrünü hər bir müsəlman yerinə yetirməlidir. Çünki əgər Həzrət Zəhra (s.ə) olmasaydı, Məsum İmamlarımız (ə) olmazdı. Əgər Həzrət Zəhra (s.ə) olmasaydı, din natamam qalardı və bəşər hüccətsiz qalaraq dağılardı. Əgər Həzrət Zəhra (s.ə) olmasaydı, İslam maarifi Peyğəmbərin (s) vəfatı ilə aradan gedər və bizə qədər gəlib çatmazdı. Əgər Həzrət Zəhra (s.ə) olmasaydı, Həzrət Məhdi (ə.f) olmazdı. Müsəlmanlar nicatverənin intizarında olmaz və ümidsiz halda həyatlarını başa vurardılar.
Çox təəssüf ki, Kövsərin hörmətini saxlamadılar. Çox təəssüf ki, Kövsərin məqamını dərk etmədilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR