Azərbaycan Premyer Liqasının lideri dəyişib

Azərbaycan Premyer Liqasının lideri dəyişib
20:12 19 Fevral 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
“Report”un məlumatına görə, matçlardan biri Sumqayıtda, digəri Qəbələdə keçirilib.
Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə AZAL qarşılaşıb. Görüşün taleyini 13-cü dəqiqədə Yusif Nəbiyevin vurduğu qol həll edib. Bu qələbədən sonra xalını 25-ə çatdıran meydan sahibləri 4-cü pilləni “Zirə”dən geri alıblar. “Təyyarəçilər” isə 8 xalla sonuncu – 8-ci yerdədirlər.
Turun son matçı “Qəbələ” və “Qarabağ” komandaları arasında baş tutub. Cari mövsümdə çempionluğa əsas namizəd olan bu kollektivlərin növbəti dueli meydan sahiblərinin qalibiyyəti ilə nəticələnib. Matçda hesabı 28-ci dəqiqədə Sergey Zenyov açıb. 69-cu dəqiqədə isə Filip Ozobiç son nöqtəni qoyub. Bu, həm də bombardirlik yarışında liderlik edən xorvatiyalı yarımmüdafiəçinin 12-ci qolu olub.
Beləliklə, xalını 42-yə çatdıran Qəbələ təmsilçisi zirvəni ələ keçirib. Roman Qriqorçukun komandası 42 xala malik olan Ağdam klubunun şəxsi görüşlərdə üstələdiyinə görə lider olub.
Azərbaycan Premyer Liqası
XIX tur
19 fevral (bazar)
15:00 “Sumqayıt” – AZAL 1:0
Qol: Yusif Nəbiyev, 13
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”
17:30 “Qəbələ” – “Qarabağ” 2:0
Qollar: Sergey Zenyov, 28, Filip Ozobiç, 69
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinin-lideri-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR