Qaydalar daim pozulur, ancaq cəza verilmir

Qaydalar daim pozulur, ancaq cəza verilmir
20:47 19 Fevral 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukrayna dairəsinin yaxınlığında marşrut avtobusları qoşa xəttin tələbini mütəmadi olaraq pozmaqla hərəkət edirlər. Maraqlıdır ki, buna görə onlar heç vaxt cərimə olunmadıqlarını deyirlər. Halbuki ərazidən müşahidə kamerası da var.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yol nişanı ancaq sağa hərəkəti göstərsə də avtobuslar bu nişanı nəzərə almadan qoşa xəttindən üzərindən keçib gedirlər. Görüntülər Ukrayna dairəsinin yaxınlığında Neapol küçəsi ilə Nəsirəddin Tusi küçəsinin kəsişməsindəndir.

Sürücülərdən biri isə qoşa xəttin tələbini pozub keçsə də ona yaxınlaşanda bunu etdiyini inkar etməyə başladı.

Ərazidə fəaliyyət göstərən marşrut avtobuslarından birinin sürücüsü isə 80-ci ildən bu yana avtobusların həmişə o yolla hərəkət etdiyini və buna görə heç vaxt cərimələnmədiklərini deyir.

Avtobuslardan birinin dispetçeri də bildirdi ki, onların hərəkət qrafikində həmin yerdə qoşa xəttindən üzərindən keçib getmək göstərilib.

Maraqlısı budur ki, ərazidə təhlükəsiz şəhər kamerası da fəaliyyət göstərir. Və həmin ərazidən dönən avtobusların hamısı əslində videom müşahidə ilə cərimə olunmalıdır. Ancaq sürücülər belə bir hadisənin baş vermədiyini deyirlər. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, həmin ərazidə lazımı araşdırma aparılacaq və marşrut xətti həmin ərazidən keçməlidirsə ərazidə əlavə nişanlar qoyula bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR