Bakıda hamamlarda təmizliyə əməl edilirmi?

Bakıda hamamlarda təmizliyə əməl edilirmi?
20:47 19 Fevral 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Son dövrlər xüsusən soyuq aylarda qapalı su hövzələrində istirahət etməyə gedənlərin sayı xeyli artıb. Bu isə həmin məkanlarda gigyenik qaydalara hansı dərəcədə əməl edilməsi məsələsini aktuallaşdırır. Həkimlərin sözlərinə görə, bu məkanlarda yol veriləcək kiçik gigyenik nöqsan böyük fəsadlar yarada bilər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, eyni anda bir neçə gənc hovuzda çimir. Başqa bir məkanda isə türk hamamında bir neçə şəxs istirahət edir. Havaların soyuması ilə birlikdə insanlar daha çox qapalı məkanlarda çimməyə ,istirahətə üstünlük verirlər. Nəinki gənclər, hətta yaşlılar da günün yorğunluğunu atmaq üçün şəhərdə xidmət göstərən hamamlara, hovuzlara üz tuturlar.

Ancaq həkimlər həyəcan təbili çalır.Hamamlarda gigyenik qaydalara tam əməl edilməməsi insanların sağlamlığı üçün böyük təhlükəyə səbəb ola bilər. Həmin yerlərdə virus infeksiyaları, göbələk toxmaları daha tez yaranır.

Bəs hamamlarda təmizliyə riayyət edirlərmi? Bu suala cavab tapmaq üçün elə şəhərdə xidmət göstərən hamamlara üz tutduq.

Respublıka Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya şöbəsinin müdiri Ziyəddin Kazımov isə bildirilir ki, mərkəz tərəfindən bu kimi xidmət göstərən yerlərin qarşısına konkret tələblər qoyulub. Belə ki, hər bir xidmət göstərən hamamın mütləq həkimi olmalıdır. Ora gələn müştərilər həmin həkimə sağlamlıqları haqqında tibbi arayış təqdim etməlidir. Bütün bunlarla yanaşı hovuzun suyu hər 2 saatdan bir dezinfeksiya edilməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR