At uşağı şikəst etdi - at sahibi məsuliyyət daşıyırmı?

At uşağı şikəst etdi - at sahibi məsuliyyət daşıyırmı?
20:52 19 Fevral 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Oğuz rayonunda baş vermiş hadisədə zərərçəkmiş tərəf atın sahibindən uşağın müalicə xərclərini ödəməsini tələb edir. Atın sahibi isə bundan boyun qaçırır.

Oğuz rayon sakini İntiqam Əzizov 2 il əvvəl oğlu ilə bərabər at almaq üçün qonşu kəndə üz tutur. atın sahibi evdə olmasa da digər ailə üzvləri atı alıcıya göstəriblər. Bu vaxt bədbəxt hadisə baş verib və at 8 yaşlı uşağı təpikləyib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə nəticəsində uşağın dalağı partlayıb və ciddi beyin travması alıb. Uşağı müalicə etdirmək üçün isə ailənin maddi vəziyyəti çatmadığından ailə atın sahibindən müalicə xərclərini tələb edir.

Ailə atın xasiyyəti haqqında məlumat verilmədiyi üçün sahibini günahkar hesab edir. Atın sahibi Nadir Məmmədxanov isə hadisə baş verən vaxtı evdə olmadığını və faktiki olaraq bədbəxt hadisənin qarşısını ala bilmədiyini deyir.

Hüquqşünas Xəyal Bəşirli deyir ki, ev heyvanları ilə ehtiyatsız davranma nəticəsində yüngül xəsarət dəyəndə inzibati xətalar məcəlləsinə əsasən 800-1000 manat cərimə tətbiq olunur. qeyd olunan vəziyyət isə ağır xəsarətlə nəticələndiyindən hər iki tərəfə cinayət işi açıla bilər.

Başqa sözlə valideyn yetkinlik yaşına çatmayan uşağı ata yaxın buraxdığına, at sahibi isə ailə üzvlərinin alıcıya məlumat verməməsinə görə məsuliyyət daşıyır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR