Kəbinsiz dünyaya gələn uşaqlar heç vaxt cənnətə düşməyəcəkmi?

Kəbinsiz dünyaya gələn uşaqlar heç vaxt cənnətə düşməyəcəkmi?
20:52 19 Fevral 2017
317 Ölkə
Ölkə mətbuatı
A- A+

"Kəbinsiz doğulan uşaqlar Cənnətə düşməyəcək" fikri yalnışdır. Hər kəs öz əməllərinə görə sorğu-sual olunacaq. Uca Allah buyurur: "De: "Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa tanrımı axtaracağam?" Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ziddiyyətə düşüb çəkişdiyiniz məsələlər barədə sizə xəbər verəcəkdir". (əl-Ənam, 164).

Milli.Az zikr.az-a istinadən bildirir ki, ona görə bu barədə narahat olmayın. Amma həqiqətdə sizin valideynlər kəbinli sayılırlar, çünki dini kəbin olmasa da, el adətilə keçirilən toy-nişanda kəbinin şərtləri bir növ yerinə yetirilir. Kəbində əsas şərtlər valideynlərin, qızın razılığı, iki şahidin və mehrin (başlıq parası) olmasıdır. Təbii ki, əgər toy olursa, deməli bu işdən velideynlərin xəbəri və qızın razılığı vardır. Həmçinin, qıza verilən qızıl-zinət əşyaları da onun mehri, insanların toya gəlməsi isə şahidlik sayıla bilər. Sizin onları yenidən kəbin kəsdirməyə məcbur etməniz doğru deyil

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR