Alfa Romeo-dan yeni krossover - FOTO

Alfa Romeo-dan yeni krossover - FOTO
20:57 19 Fevral 2017
152 Maraqlı
Ölkə mətbuatı
A- A+

Alfa Romeo yeni krossover Stelvio-nun sirrini açdı. Avtomobil First Edition bazasında yığılıb. Bir qədər əvvəl bu avtomobil yalnız Quadrifoglio idman variantında (510 a.g.) təqdim edilmişdi. Stelvio-nun vətəndaş versiyası aerodinamik asmadan məhrum olub, 280 a.g. və 400 Nm fırlanma anı verən 2,0-litrlik mühərrik alıb. First Edition yerindən 100 km/saata 5,7 saniyəyə sürətlənir.

Milli.Az auto.az-a istinadən bildirir ki, Alfa Romeo krossoveri baza modifikasiyasında dəri salon, biksenon optika və 9-düymlük monitoru olan multimedia sisteminə malikdir. Stelvio-nun mühərriki 8-pilləli Avtomat sürət qutusu ilə birgə işləyir.

İtalyan mühəndislərinin sözlərinə görə, o, sürətlərə keçidi 150 milli saniyə ərzində yerinə yetirir. Bu, müasir sürət qutuları arasında ən yaxşı göstəricilərdən biridir. Sürücü üçün bir neçə idarəetmə rejimi əlyetərlidir. Bunların arasında trek üzrə hərəkət üçün nəzərdə tutulan Race tənzimləmə paketi də var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/511959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR