Göyçaylı gənc yeni avtomobil hazırlayıb

Göyçaylı gənc yeni avtomobil hazırlayıb
20:57 19 Fevral 2017
147 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçayın Çərəkə kənd sakini 22 yaşlı Sadiq Məmmədov maraqlı bir maşın ixtira edib. Yarış avtomobillərini xatırladan maşın 70 km saat sürətlə hərəkət edə bilir. Maşının bütün ehtiyyat hissələri də ixtisasça qaynaqçı olan sadiqin özünə məxsusdur.

Sağa-sola asanlıqla dönür və görünüşcə müasir yarış avtomobillərindən fərqlənmir.

Göyçay Çərəkə kənd sakini 22 yaşlı Sadiq Məmmədovumodeli reallaşdırmaq üçün o 200 manat vəsait xərcləyib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bir oturacaqlı, sivri uclu, 4 təkərli avtomobil daha çox "Rally" yarışlarında iştirak edən maşınlara bənzəsə də, ancaq 20-ci əsrin əvvəllərində istehsal olunan Mersedes Simplex modelini də xatırladır.

Gündəlik nəqliyyat kimi istifadə olunan bu avtomobil sürücü ilə yanaşı 70 kq yük də daşıya bilir. Yanacaq sisteminin 4 litrə qədər tutumu var. Mühərriki isə arxa hissədə yerləşir.İxtisasca qaynaqçı olan ixtiraçı hazırladığı avtomabilin ehtiyyat hisslərini də özü hazırlıyıb.

Sadiqin sözlərinə görə arzusu ixtira etdiyi avtomabili bir az da təkmilləşdirərək, avtomatik olaraq üst örtüyünün örtülməsi,sürətin artılması və yeni model avtomabillərdə olan konfortun alınmasıdır.Bundan başqa hər hansi bir şirkət tərəfindən köməklik olunarasa,yerli avtomabil istehsalında bir ilkə imza ata biləcəyini də deyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR