Əgər bir millətin taleyini dəyişdirmək istəyirsinizsə...

Əgər bir millətin taleyini dəyişdirmək istəyirsinizsə...
21:22 19 Fevral 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

"Həqiqətən Allah heç bir dəstə üçün (mövcud) olanı (nemət və firavanlığı, yaxud bəla və çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud itaət və fasiqliyi) dəyişdirməyincə dəyişdirmir". ("Rəd" 11).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərim bu ayədə ümumi bir qanunu bəyan edir ki, sizin taleyiniz hər şeydən əvvəl öz əlinizdədir. Hər bir millətin xoşbəxt və bədbəxt olmasının əsil amili - ilk olaraq, özüdür. Mühüm olan budur ki, millətin hər bir üzvü gərək hansı yolda irəliləmək istədiyini seçsin. Qalib, başıuca, tərəqqi etmək yolunumu, yoxsa, zillət, məğlub olmaq və geridə qalmağımı? Hətta Allahın lütfü və ya əzabı heç bir millətin ətəyindən yapışmaz o zamana qədər ki, bunu həmin millət özü iradə edər.
Bu Quran ayəsi bizə demək istəyir ki, hər bir zahiri dəyişiklik, millətin batini dəyişikliyinin təzahürüdür. O millət ki, qalib gəlir və ya məğlub olur, onun daxili dəyişməsinin nəticəsini büruzə verir.
Ona görə də o millətlər ki, özlərinin ististmar olmaqlarını bədbəxtlikləri ilə bağlayırlar, çox səhv edirlər. Çünki əgər batinlərində bu cəhənnəm üçün ocaq yaratmasaydılar, başqaları onlara bir şey edə bilməzdi. (Həvzəh)
Yuxarıdakı ayədən çıxartdığımız nəticələr:
1. Allah o neməti ki, əta edər, geri almaz, məgər o halda ki, insanlar həmin nemətə naşükürlük edərlər.
2. Şansın, falın və bəxtin dalınca getməyin. Taleyiniz öz əlinizdədir.
3. Allah insanı o zamana qədər qoruyar ki, nemətə küfr etməz. Əks halda - İlahi lütfdən məhrum olar, öz başına buraxılar.
4. Zahiri nemətlərdən bəhrələnmək, nəfsani kamaldan və daxili haldan asılıdır.
5. İctimai dəyişikliklər insanların daxili dəyişikliklərindən qaynaqlanır.
6. Əgər bir millətin taleyini dəyişdirmək istəyirsinizsə, ilk olaraq özünüzdən başlayın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR