"Bu “referendum” ermənilərin bəd niyyətini göstərir" - Necdet Ünüvar

"Bu “referendum” ermənilərin bəd niyyətini göstərir" - Necdet Ünüvar
21:47 19 Fevral 2017
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində fevralın 20-də keçirilməsi planlaşdırılan "referendum"la bağlı bəyanat yayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  qondarma rejimin keçirmək istədiyi "referendum"un beynəlxalq hüququn əleyhinə, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in prinsiplərinə zidd addım olduğunu diqqətə çatdıran Necdet Ünüvar qeyd edir ki, Xocalı soyqırımının ildönümünə bir neçə gün qalmış "referendum" keçirilməsi cəhdi ermənilərin bəd niyyətini və təhrikçiliyini bir daha göstərir. İşğal faktının davam etməsi məqsədilə atılan bu addım sülh danışıqlarına güclü zərbə vurur. Bu qanunsuz "referendum"un nəticələri Türkiyə tərəfindən tanınmayacaq.

Bəyanatda bildirilir ki, Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün ilk növbədə işğala son qoyulmalı və 1 milyondan çox qaçqın və məcburi köçkün azərbaycanlı öz ata-baba yurduna qayıtmalıdır. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin ədalətli və uzunmüddətli həllini tapmalıdır.

Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyi də Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan "referendum"u pisləyən kəskin bəyanat yayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/519196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR