Günəş hansı şərtlərlə nəcasəti pak edir?

Günəş hansı şərtlərlə nəcasəti pak edir?
21:52 19 Fevral 2017
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Əvvəla, qeyd edək ki, Günəş (gün işığı) yalnız yeri və divarı pak edər. Başqa əşyaları Günəşlə pak etmək mümkün deyil, su və ya başqa vasitələrdən istifadə etmək lazımdır. Yerin və divarın da Günəşlə pak edilməsi üçün bəzi şərtlər tələb edilir. Ən vacib şərtlər bunlardır: yer və ya divar yaş olmalıdır ki, Günəş şüaları onu qurutsun.

Milli.Az islam.az-a istinadən bildirir ki, əgər qurudursa, onu islatmaq lazımdır ki, Günəş şüaları ilə qurusun. İkincisi, Günəşin şüaları yerin və divarın üzərinə birbaşa düşməlidir. Pərdə arxasından, qalın buludun arxasından düşən Günəş şüası pak etməz. Üçüncüsü, hava çox da küləkli olmamalıdır. Belə ki, gərək elə alınmasın ki, Günəş şüaları təkbaşına yox, küləklə birlikdə yeri (divarı) qurudub. Dördüncüsü, yerin və divarın üzərində nəcasətin özü (eyni-nəcasət) qalmamalıdır, eyni-nəcasəti təmizləyəndən sonra Günəş şüaları o yeri pak edə bilər. Bəzi başqa şərtlər üçün də risaləyə baxıb dəqiqləşdirmək məsləhətdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR