“Boyum balacadısa, məni vurmalısan?” – Qara Qarayev

“Boyum balacadısa, məni vurmalısan?” – Qara Qarayev
22:12 19 Fevral 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Qara Qarayev "Qəbələ" məğlubiyyətindən sonra sualları cavablandırıb.
 
- Məğlubiyyətin səbəbi nədir?

- Səbəb yoxdur. Məğlubiyyətin səbəbini baş məşqçimiz oyunu analiz etdikdən sonra deyəcək. Düşünmürəm ki, böyük bir səhvimiz oldu. Sadəcə, bu oyundu, məğlub da ola bilərik. Bu gün həqiqətən də "Qəbələ" yaxşı idi. Deməzdim ki, bizi bütün oyun boyu üstələdilər. Sadəcə, iki qol epizodunun hər ikisindən istifadə edə bildilər.
 
- Kintananın yoxluğu dəhşətli dərəcədə hiss olunurdu. Xüsusən də son ötürmələrdə...

- Kintana bizim əsas heyət üzvümüzdü. Onu itirmək həqiqətən bəzi problemlər yaradıb. Ancaq məğlubiyyətimizi onun üzərinə atmaq istəməzdim. Çünki komandamızda o işi görə biləcək futbolçular yetərincədir.
 
- Subotiçlə aranızda nəsə dialoq oldu. Deyəsən, sənə dedi ki, boyun balacadır...

- Bəli, mənə elə dedi. Mən də dedim ki, boyum balacadısa, məni vurmalısan? Belə məsələlərin olması xoş hal deyil. Böyükdü, ya kiçikdi, fərqi yoxdu. Ancaq həqiqətən məni vurmuşdu.
 
- Hakim idarəçiliyi haqda nəsə fikrin var?

- Danışılacaq heç yoxdur. Artıq oyun geridə qalıb. Sonra danışdığımız məsələlərdən də bir sual çıxır ki, bu da bizim ziyanımıza olur. Əsas məsələ bu oyunu yola vermək idi. Yola vermək deyəndə ki, bu oyun artıq bizim üçün bitdi, qarşıdakı matçlara köklənəcəyik.
 
- Azərbaycan çempionatında çox nadir hallarda belə atmosfer olur. Özünü necə hiss edirdin?

- Son dövrlərdə belə atmosfer görməmişdim. Mənim üçün təəccüblü oldu. Belə oyunların sayı nə qədər çox olsa, o qədər də yaxşıdır.
 
- "Qəbələ" sona qədər sizinlə mübarizə aparacaq. Bu rəqabət sizə Avrokuboklarda necə təsir edəcək?

- Sözsüz ki, bunun təsiri olacaq. Dediyim kimi, belə oyunların sayı çox olsa, bizim də gücümüz daha da artacaq. Əvvəllər 4-5 komanda arasında rəqabət gedirdi.
 
- "Qarabağ"ın bu mövsüm çempion olmaması sizin üçün faciə sayıla bilərmi?

- Düşünmürəm. Çünki biz hər il çempion olacağıq deyə bir şey yoxdur. Dünyanın ən yaxşı komandaları belə buna köklənmirlər. "Barselona" özü və ya digərləri. Amma çempion olmasaq, şəxsi uğur baxımından sıxıntı yaşaya bilərik.
 
- Çempionluq yolunda heç belə çətinliklə üzləşmişdinizmi?

- İlk çempion olan il çətinliklə üzləşmişdik. Hamı bizə qarşı xüsusi motivasiya ilə oynayır. Bütün uğurlarımızı çətinliklə qazanırıq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR