Cahil vaxtı evlənənlər islama gəldikdən sonra kəbin kəsdirməlidirlərmi?

Cahil vaxtı evlənənlər islama gəldikdən sonra kəbin kəsdirməlidirlərmi?
22:42 19 Fevral 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

İnşallah bu işdə onlara günah yazılmaz, çünki bu, bilməyərəkdən olub. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah ümmətim üçün səhvən, (cahillikdən dolayı) unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh).
Milli.Az zikr.az-a istinadən bildirir ki, həmçinin səhabələr (Allah onlardan razı olsun) də islama gəldikdən sonra, islamdan əvvəlki nigahlarını təzələməyiblər və Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) də onlara bununla bağlı bir söz deməyib. Uca Allah buyurur: "​Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!" (əl-Furqan, 70).
Əgər toy olubsa, bu bir növ kəbinin şərtlərinin yerinə yetirilməsinə dəlalət edir. Çünki kəbində əsas şərtlərdən valideynlərin, qızın razılığı, iki şahidin və mehrin (başlıq parası) olmasıdır. Təbii ki, əgər toy olursa, deməli bu işdən valideynlərin xəbəri və qızın razılığı vardır. Həmçinin qıza verilən qızıl zinət əşyaları da onun mehri, həmçinin, insanların toya gəlməsi şahidlik sayıla bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR