Xəstəliklə əlaqədar namaz qılmayan...

Xəstəliklə əlaqədar namaz qılmayan...
22:52 19 Fevral 2017
569 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəstəliklə əlaqədar namaz qılmayan və oruc tutmayan şəxs ibadətə başladıqdan sonra həmin illərin orucunun qəzasından əlavə kəffarə də verməlidirmi?

Milli.Az islam.az-a istinadən bildirir ki, hər ilin mübarək Ramazan ayında oruc tutmaq bütün müsəlmanların vacib vəzifəsidir. Üzürsüz yerə Ramazanı orucsuz başa vurmaq olmaz. Bəzi şəxslər, o cümlədən, xəstəlik üzündən oruc tuta bilməyənlər Ramazan orucundan azaddırlar. Əgər insan Ramazan ayında xəstəlik üzündən oruc tuta bilməsə, növbəti ilin Ramazanına kimi sağalsa, orucu qəza etməlidir. Kəffarə vermək ona lazım deyil. Amma əgər növbəti Ramazana kimi xəstəliyi sağalmasa, oruc tutmadığı hər günə görə fəqirə bir müdd (750 qram) yemək verməlidir.

Sual verilən halda insan xəstəlik halında oruc tutmadığı son Ramazanın qəzasını tutmalıdır. Bundan əlavə, oruc tutmadığı Ramazanların hər gününə görə də bir müdd yemək verməsi məsləhətdir. Kəffarə vermək lazım deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR