Valideynə edilən yaxşılıq və ölünü də dirildən əməl

Valideynə edilən yaxşılıq və ölünü də dirildən əməl
23:12 19 Fevral 2017
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəznəti "Uyuni əxbari Rza" kitabında nəql edir: "İmam Rzadan (ə) eşitmişəm ki, buyurub: "Bəni-İsrayildə bir cavan yaşayırdı ki, atasına qarşı çox mehriban idi. Bu cavan ticarətlə məşğul idi və bir gün mallarından birini satır və gəlir ki, malın yerləşdiyi anbarın açarını atasından alsın. Görür ki, atası yatıbdır və bu açarları da başının altına qoyubdur. Atasını oyatmağa ürəyi gəlmir və ona görə də malı satmaqdan imtina edir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  atası yuxudan ayılan zaman bu əhvalatdan xəbərdar olur və onun əvəzini vermək üçün oğluna bir inək bağışlayır. Elə bu zaman Bəni-İsrayil cavanlarından birini öldürürlər. Onu Yəqub (ə) övladlarından olan biri nəfərin yolunun üstünə qoyurlar. Ölünün sahibi həmin şəxsdən ölən insanın qan haqqını tələb edir. Məsələ Musa (ə) peyğəmbərə gəlib çatır. Musa (ə) Bəni-İsrayildən istəyir ki, bir inək gətirsinlər ki, həqiqəti aşkar etsin".
İmam Rza (ə) buyurur ki, "bu hadisənin aşkara çıxması üçün hər bir inəyi gətirsəydilər, kifayət edərdi. Ancaq Bəni-İsrayil özlərini əziyyətə salıb, inəyin əlamətlərini bir-bir soruşmağa başlayırlar. Musa (ə) da deyir ki, inək gərək sarı rəngdə olsun, nə kiçik olsun, nə də böyük, eyibsiz olsun və əkinçilikdə istifadə edilmiş olmasın.
Nəhayət bu əlamətləri olan inəyi atasına qarşı mehriban olan həmin cavanın yanında tapırlar. O, da deyir ki, bu inəyi satmaram. Əgər satacağamsa, gərək onun dərisini dolduracaq qədər mənə qızıl verəsiniz.
Bəni-İsrayil də çarəsiz qalıb, ona bu qədər qızıl verirlər. İnəyi kəsib, quyruğunu həmin ölüyə sürtürlər. Ölü dirilir və onu öldürən şəxsin əmisi oğlu olduğunu etiraf edir. Bu yolla Bəni-İsrayil həqiqi qatili tanımış olur". (Erfan)
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim ömrünün uzun və ruzisinin çox olmasını istəyirsə, ata və anasına yaxşılıq etsin və sileyi-rəhmi yerinə yetirsin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR