Öskürək hansı xəstəliklərə təkan verir?

Öskürək hansı xəstəliklərə təkan verir?
23:22 19 Fevral 2017
404 Ölkə
Ölkə mətbuatı
A- A+

Astma - Xroniki öskürək, astmanın ən önəmli simptomlarından biridir. Xırıltılı tənəffüs, nəfəs darlığı və sinədə sıxışma hissi kimi simptomlarla özünü göstərir. Qıcıqlanma və öskürək şəklində inkişaf edir. Ümumiyyətlə quru olur, yəni bəlğəm gətirmir, gecələri artır və xroniki bir hal alır.
Gizli ürək çatışmazlığı - Gizli ürək çatışmazlığında öskürək əhəmiyyətli bir əlamət ola bilər. Öskürək ümumiyyətlə yatanda ortaya çıxır, ayağa qalxanda və ya oturanda yüngülləşir. Milli.Az deyerler.org-a istinadən bildirir ki, öskürəklə birlikdə çəhrayı rəngli bəlğəm görünə bilər.
Psixoloji öskürək - Yeniyetmələrin 9%-də, bilinən bir tənəffüs sistemi xəstəliyi olmadığı halda xroniki öskürək mövcud olur. Xəstələr hər hansı bir fiziki səbəb olmadığı halda sanki boğazlarına nəinsə ilişməsi hissi ilə öskürürlər. Bu xəstələrdə depressiya daha çox nisbətdə görülür.
Ağciyər və nəfəs yolu xərçəngi - Ağciyər şişləri də daha nadir olmaqla birlikdə, ölçü və yaşayış yerlərinə görə öskürəkdən qaynaqlana bilir. Siqaret çəkənlərdə yeni ortaya çıxmış öskürək varsa və qanlı bəlğəmli öskürək olması halında bu vəziyyət ağciyər xərçəngindən xəbər verə bilər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR