Azərbaycanın İsveçrədəki səfirliyinin sürücüsü sığınacaq istəyib

Azərbaycanın İsveçrədəki səfirliyinin sürücüsü sığınacaq istəyib
23:57 19 Fevral 2017
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın İsveçrədəki səfirliyinin sürücüsü Emin Baxşiyev siyasi sığınacaq verilməsi xahişi ilə bu ölkənin hökumətinə müraciət edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,bu haqda Feysbuk sosial şəbəkəsindəki səhifəsində E.Baxşiyev özü yazıb.
 
Emin Baxşiyev həmçinin bildirib ki, işdən çıxarılması haqqında da ərizə yazıb.
Emin Baxşiyev 2010-2013 illərdə Azərbaycanın Xarici İşlər Nazirliyində işləyib. 2013-cü ildə isə o, Azərbaycan səfirliyində sürücü vəzifəsinə təyin olunub.
 
Qeyd edək ki, keçən il bir sıra Azərbaycan diplomatlarının Avropa ölkələrindən və Avstraliyadan siyasi sığınacaq almaq xahişləri ilə əlaqədar qalmaqal olmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR