"Mançester Yunayted" İngiltərə Kubokunun 1/4 finalına çıxıb

"Mançester Yunayted" İngiltərə Kubokunun 1/4 finalına çıxıb
00:22 20 Fevral 2017
150 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ "Mançester Yunayted" futbol üzrə İngiltərə Kubokunun 1/8 finalında "Bləkbörn" üzərində qələbə qazanaraq turnirin növbəti mərhələsinə vəsiqə qazanıb.
"Report" xəbər verir ki, bazar günü baş tutan oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 17-ci dəqiqədə meydan sahiblərindən Denni Qrem açıb. On dəqiqə sonra Markus Reşford hesabı bərabərləşdirib. Qələbə qolunu Zlatan İbrahimoviç vurub (75-ci dəqiqə).
Bu gün həm də "Tottenhem" səfərdə "Fulhem"i darmadağın edərək İngiltərə Kubokunun növbəti mərhələsinə çıxıb. Qarşılaşma 3:0 hesabı ilə başa çatıb. Hər üç qolu Harri Keyn vurub.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mancester-yunayted-i-ngiltere-kubokunun-1-4-finalina-cixibcxvbnbm

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR