"Mançester Yunayted" 1/4 finalda - VİDEO

"Mançester Yunayted" 1/4 finalda - VİDEO
01:48 20 Fevral 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" futbol üzrə İngiltərə Kubokunun 1/8 finalında "Blekbern" üzərində qələbə qazanaraq turnirin növbəti mərhələsinə vəsiqə qazanıb.

"Report" xəbər verir ki, bazar günü baş tutan oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 17-ci dəqiqədə meydan sahiblərindən Denni Qrem açıb. On dəqiqə sonra Markus Reşford hesabı bərabərləşdirib. Qələbə qolunu Zlatan İbrahimoviç vurub (75-ci dəqiqə).

Bu gün həm də "Tottenhem" səfərdə "Fulhem"i darmadağın edərək İngiltərə Kubokunun növbəti mərhələsinə çıxıb. Qarşılaşma 3:0 hesabı ilə başa çatıb. Hər üç qolu Harri Keyn vurub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/188508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR