Səudiyyə Ərəbistanı İranı terrorçuluğu dəstəkləməkdə ittiham edib

Səudiyyə Ərəbistanı İranı terrorçuluğu dəstəkləməkdə ittiham edib
08:02 20 Fevral 2017
122 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı İranı Yəməndə hökumət əleyhdarlarına qanunsuz silah tədarük etməkdə və beynəlxalq terrorçuluğa maliyyə dəstəyi göstərməkdə ittiham edib.
"Report" xəbər verir ki, bu bəyanatla ərəb ölkəsinin xarici işlər naziri Adil əl-Cubeyr çıxış edib.
"Biz burada terrorçuluğun dövlət tərəfindən dəstəklənməsi ilə qarşılaşırıq", - deyə diplomat qeyd edib və bildirib ki, İran İŞİD-in regionda terror aktı törətmədiyi yeganə ölkədir, "sual yaranır – nə üçün?".
O, həmçinin İranı öz davranış və prinsiplərini dəyişməyə çağırıb və belə ölkə ilə işləməyin çətin olacağını bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/seudiyye-erebistani-i-rani-terrorculugu-desteklemekde-ittiham-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR