Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 30 dəfə pozub

Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 30 dəfə pozub
09:32 20 Fevral 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 30 dəfə pozub.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Baş Qərvənd və Mərzili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Əməliyyat şəraitinə uyğun olaraq Azərbaycan ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/ermeniler-iricapli-pulemyotlardan-da-istifade-etmekle-ateskesi-30-defe

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR