Xərçəngə tutulan tanınmış jurnalistə kömək lazımdır - FOTO

Xərçəngə tutulan tanınmış jurnalistə kömək lazımdır - FOTO
09:42 20 Fevral 2017
281 Ölkə
Ölkə mətbuatı
A- A+

Ömrünün 20 ilini jurnalistika sahəsinə həsr edən və mədəniyyət sahəsindən yazdığı məqalələrlə tanınan jurnalist Mətanət Şamilqızının təcili köməyə ehtiyacı var.

Milli.Az xəbər verir ki, jurnalist neçə illərdir ki, onkoloji xəstəlikdən (el arasında xərçəng xəstəliyi adlanır) əziyyət çəkir.

"2010-cu il noyabr ayında onkoloji xəstəlikdən əməliyyat olundum. Xəstəliyin ağır olduğunu əməliyyatdan sonra bilən həkimlər həmin ilin dekabrın 1-də yenidən 5 saatlıq əməliyyata qərar veriblər. Hər 6 aydan bir əməliyyat olduğum İran İslam Respublikasında həkim nəzarətində idim. 2017-ci ildə müayinə vaxtı yenidən onkoloji xəstəlik aşkarlanıb və yanvarın 17-də ağır əməliyyat keçirdim. Bəd xassəli şişin böyük ərazini əhatə etdiyini görən həkimlər fevralın 3-də növbəti əməliyyatı həyata keçiriblər. Hazırda təcili olaraq bir ay yarım hər gün şüa almalı və daha sonra beş il müddətində xüsusi olaraq həkimin təyin etdiyi dərmanla həyatımı davam etdirməliyəm. Şua mütləq tez bir zamanda başlamalıdır", - M.Şamilqızı bildirib.

Mətanət Şamilqızı qayğıkeş anadır. O, rəhmətə gedən bacısının iki övladını da övladlığa götürüb. Həyat yoldaşı ailəni tərk etdikdən sonra isə 4 övladı təkbaşına tərbiyə etmək məcburiyyətində qalıb.

Mətanət növbəti 5 il ərzində ciddi həkim nəzarətində olmalıdır. Hazırkı mərhələdə onun 10 min manat vəsaitə ehtiyacı var. Bu məbləğin yarısı edilən əməliyyatlar üçün ödəniləcək.

Yardım əlini uzatmaq istəyənlər üçün əlaqə nömrəsi: (+994 55) 780 22 65

Bank rekvizitləri:

Beynəlxalq Bank / Manat hesabı:

AZ24IBAZ33811018403129990216

Beynəlxalq Bank / Dollar hesabı:

AZ94IBAZ33881019443129990216

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/519267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR