Sərnişin qatarı yük qatarı ilə TOQQUŞDU - Yaralılar var

Sərnişin qatarı yük qatarı ilə TOQQUŞDU - Yaralılar var
09:47 20 Fevral 2017
118 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Uttar-Pradeş ştatında sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı 3 nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, insident səhər saatlarında Tundla dərmir yolu stansiyasında baş verib. Dehli istiqamətində hərəkət edən sərnişin qatarı qarşı yolla gələn yük qatarı ilə toqquşub.

Toqquşma nəticəsində sərnişin qatarının 2 vaqonu relslərdən çıxıb.

İlkin məlumatlara görə, qəza yük qatarının maşinistinin günahı səbəbindən baş verib. Belə ki, maşinist qadağanedici siqnalları düz yerinə yetirməyib.

Dəmir yolu xəttinə dəymiş ziyan və yoldakı problemin gündüz saatlarına qədər aradan qaldırılacağı və hərəkətin hər iki tərəfdə bərpa ediləcəyi bildirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR