Daha bir nəfər "quş qripi"ndən öldü

Daha bir nəfər "quş qripi"ndən öldü
09:57 20 Fevral 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Çində "quş qripi" H7N9 virusundan növbəti ölüm faktı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Nanin şəhər sakini 41 yaşlı qadın dünyasını dəyişib. Onun ev quşları satışı ilə məşğul olduğu bildirilib.

Səhiyyə İdarəsinin öncədən verdiyi məlumata görə, o, fevralın 16-da həmin virusun simptomları ilə xəstəxanaya yerləşdirlibmiş. Sonra onun orqanizmində H7N9 olduğu analizlərlə təsdiq edilib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Daha sonra mərhumun ölümdən öncə ətrafında olan şəxslərdə də tibbi müayinələr aparılıb, heç kəsdə həmin vuris aşkar edilməyib.

Qeyd edək ki, bu, fevral ayı ərzində Çinin həmin vilayətində artıq ikinci quş qripindən ölüm faktıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR