Milli üzvü oynamadı, komandası xal itirdi

Milli üzvü oynamadı, komandası xal itirdi
10:12 20 Fevral 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya Sequndasında XXVI turun oyunları keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.

"Sarılar" doğma meydanda "Reus" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 0:0.
 
Matça ehtiyat oyunçular skamyasında başlayan İsrafilov görüşü sonadək skamyadan izləyib.
 
Qeyd edək ki, "Kadis" 26 turdan sonra 41 xalla 22 klub arasında 3-cü pillədə qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR