"Qalatasaray"da ilginc olay: "Whatsapp"ta Tüdor toplantısı...

"Qalatasaray"da ilginc olay:   "Whatsapp"ta Tüdor toplantısı...
10:17 20 Fevral 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" İqor Tüdorun rəhbərliyi altında ilk matçını "Rizəspor"a qarşı keçirdi və 1:1 hesabı ilə başa çatan oyunda 2 önəmli xal itirdi. Buna baxmayaraq, komandanın ortaya qoyduğu futbol rəhbərlikdə və azarkeşlər arasında böyük ümid yaradıb.


Fanat.Az xəbər verir ki, oyundan sonra klub rəsmisi Levent Nazifoğluna zəng edən prezident Dursun Özbek komandadan razı qaldığını bildirib: "Xal itkisinə üzüldüm, amma bizim görmək istədiyimiz "Qalatasaray"a yaraşan mübarizə budur. Bu məni həddən artıq ümidləndirdi. Belə davam etsək, hər şey yaxşı olacaq. Baş məşqçimizin meydanın kənarındakı duruşu futbolçularımızı da həvəsləndirir".


Bu arada "Qalatasaray" rəsmilərinin oyunun gedişində "WhatsApp" qrupundakı yazışmaları üzə çıxıb. Məlum olub ki, onlar da İqor Tüdordan razı qalıb. 


Klub rəsmilərindən biri "Əsl futbol budur. Bir komanda 3 gün ərzində 118 km qaça biləcək hala necə gəlir? Demək ki, Tüdorla bərabər bəzi pis alışqanlıqlar bitəcək. Futbolçular bu sürətli oyuna alışsa, tribunalardan istədiyimiz "Qalatasaray"ı izləyəcəyik" yazıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquotda-ilginc-olay-t56395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR