Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək
10:17 20 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Fevralın 23-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") təşkilatçılığı ilə Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək.
"Azpromo"dan "Report"a verilən məlumata görə, tədbir İtaliyanın iqtisadiyyat naziri Karlo Kalendanın rəhbərlik etdiyi biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutacaq. 
Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15-dən artıq İtaliya şirkətinin iştirakı nəzərdə tutulur. Tədbirə qeydiyyat fevralın 23-ü saat 08:30-da Bakı Biznes Mərkəzində (Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 32 ünvanında) olacaq. Yerli iş adamları tədbirdə iştiraka dəvətlidir.
Biznes forumda iştirak etməkdə marağı olan biznes dairələrindən tədbirdə şirkəti təmsil edəcək şəxsin adını, soyadını və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (012 5980147/48 və yaxud 012 4371142, daxili: 123, 119, 108; e-poçt: anuriyev@azpromo.az) "Azpromo"ya göndərməsi xahiş edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/bakida-azerbaycan-i-taliya-biznes-forumu-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR