Seçkilər keçirildi, lakin prezidentsiz qaldılar

Seçkilər keçirildi, lakin prezidentsiz qaldılar
10:22 20 Fevral 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Bazar günü Ekvadorda prezident seçkiləri keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, seçkilərdə birinci turun nəticələrinə görə, heç bir namizəd lazım olan səs faizini toplaya bilməyib.

Milli Seçki Şurasının verdiyi məlumata görə, ilk turda, hələ ki, 38,87 faiz səs çoxluğu ilə Lenin Morena liderlik edir, müxailfətin namizədi Qilermo Lasso isə 28,5 faiz səslə ikinci yerdədir.

Ekvadorun seçki qanunlarına görə, namizəd seçicilərin 40 faiz səsini toplamaqla, bununla yanaşı, yaxın rəqibini 10 faiz səs çoxluğu ilə qabaqlamaqla prezident seçilə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR