SIPRI: Azərbaycanın hərbi idxalı Ermənistanın satınalmalarını 20 dəfə üstələyib

SIPRI: Azərbaycanın hərbi idxalı Ermənistanın satınalmalarını 20 dəfə üstələyib
10:32 20 Fevral 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanın 2012-2016-cı illər ərzindəki hərbi idxalı Ermənistanın bu müddətdəki satınalmalarını 20 dəfə üstələyib.
"Report" xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silahlanma xərcləri barədəki hesabatında göstərilir.
Hesabatda Azərbaycan və Ermənistanın hərbi idxalı həcmlərdəki ciddi fərqlər nəzərə alınmaqla xüsusi vurğulanıb. Belə ki, 2012-2016-cı illərdə Azərbaycanın silah satınalmasının göstəricisi Ermənistanınkından 20 dəfə çox olub.
Azərbaycan, həmçinin 2012-2016-cı illərdə Rusiya silahlarının əsas idxalçıları arasında ilk beşliyə daxil olub. 4%-lik göstərici ilə ölkəmiz yalnız Hindistan (38%), Vyetnam (11%), Çin (11%) və Əlcəzairdən (10%) geri qalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/sipri-azerbaycanin-herbi-idxali-ermenistanin-satinalmalarini-20-defe-usteleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR